Çevriliş planı: Paşinyan bu ölkəyə qaçır?
Ermənistan Baş naziri Nikol Paşinyan maliyyə aktivlərini Britaniya banklarına köçürür.
Globalinfo.az xəbər verir ki, iddialara görə, baş nazirin müavinləri bu istiqamətdə müvafiq danışıqlar aparırlar.
Belə ki, Ermənistan Konstitusiya Məhkəməsinin sədr müavini, Paşinyanın ən etibarlı adamlarından sayılan Vahe Qriqoryan Londona gedib. O, Britaniyada "The Hongkong” and "Shanghai Banking”in hüquq departamentinin rəhbəri ilə görüşüb.
Danışıqların məzmunu Ermənistanın yüksək vəzifəli şəxslərinin maliyyə aktivlərinin məxfilik şərtləri altında Böyük Britaniyaya köçürülməsi olub. Ermənistanda yerləşən Britaniya banklarından birinin bu prosesdə iştirak edəcəyi deyilir.
Qeyd edək ki, bir müddət öncə Rusiyanın Ermənistanda hakimiyyət çevrilişinə hazırlaşdığı, artıq bir müddətdir İrəvanda bunun üçün minlərlə "Vaqner” döyüşçüsünün cəmləşdirildiyi iddia edildi. Daha sonra Rusiya XİN tərəfindən bu iddia təkzib olunsa da, Kremlin Paşinyan hakimiyyətinə qarşı çevrilişə hazırlaşdığına dair məlumatlar sürətlə yayılır.