Fransa deputatları “en”-ci dəfə Azərbaycanın işğal altındakı torpaqlarına gəldi... -Saymazlıq! - FOTO

Fransa deputatları “en”-ci dəfə  Azərbaycanın işğal altındakı torpaqlarına gəldi... -Saymazlıq! - FOTO

ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransa parlamentinin üzvləri növbəti dəfə Azərbaycan Respublikasının dövlət sərhədini pozaraq işğal altındakı torpaqlarımıza ayaq basıb.

Moderator.az xəbər verir ki, Rusiya mediasının yaydığı məlumata görə, fransız parlamentariləri Xankəndinin girişində qondarma separatçı rejimin qanunsuz və saxta "parlamenti”nin sədr müavini Vaqram Balayan qarşılayıb.

Fransa Senatı üzvlərinin gəlişinin məqsədi aydındır – separatçı-terrorçu erməni rejiminin dünyada "müstəqil dövlət” kimi tanınmasına çalışmaq...

P.S.  1994-cü ildən bəri artıq "en”-ci dəfədir ki,  Fransa deputatları Azərbaycan torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin qonağı olurlar. Buna yalnız bir ad vermək olar: Azərbaycanın ərazi bütövlüyünü və deməli, Azərbaycan xalqını, dövlətini heçə saymaq...

Sultan Laçın



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az