Gürcüstanda kriminal avtoritetlər saxlanılıblar

Gürcüstanda kriminal avtoritetlər saxlanılıblar
Gürcüstanın Kutaisi şəhərində cinayətkar qruplaşmanın 4 üzvüsaxlanılıb.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Saxlanılan 1977-ci il təvəllüdlü "Tetron”, 1978-ci il təvəllüdlü "Çina”, 1991-ci il təvəllüdlü "Buta” ləqəbli kriminal avtoritetlər və 1983-cü il təvəllüdlü şəxs hədə-qorxu və şantaj yolu ilə vətəndaşlardan pul tələb ediblər. İstintaqla müəyyən olunub ki, saxlanılan şəxslər külli miqdarda pul əldə etmək məqsədi ilə 1994-cü il təvəllüdlü vətəndaşdan onlayn totalizatorda "Toyota Land Cruiser Prado” markalı avtomobilin dəyərinin üçdə bir hissəsini – 10 min ABŞ dollarını hədə-qorxu gəlməklə alıblar.
Cinayətkar qruplaşma üzvlərini 4 ildən 7 ilədək həbs cəzası gözləyir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az