Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Fəxrəddin Məmmədov bu ilin aprelində ürəktutmadan həyatını itirib. F. Məmmədov 1990-cı ildən 2000-ci ilədək Şahbuz Rayon Məhkəməsinin hakimi, 2000-ci ildən sonra isə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin hakimi olub.
2021-ci ilin yanvar ayında Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimi İnqilab Nəsirov 57 yaşında koronavirusdan dünyasını dəyişib. O, 2003-2004-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının katibi, 2004-2007-ci illərdə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi sədrinin müavini, 2005-2007-ci illərdə Məhkəmə-Hüquq Şurasının üzvü, 2007-2010-ci illərdə isə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin sədri vəzifələrində çalışıb. 2011-ci ilin yanvar ayının 1-dən isə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi olub.
Koronavirus qurbanı olanlardan biri də Bakı Apellyasiya Məhkəməsinin hakimi Namiq Məmmədovdur. O, 2020-ci il iyun ayında 55 yaşında koronavirusdan vəfat edib. N. Məmmədov 2000-2007-ci illərdə Ağdam Rayon Məhkəməsinin, 2007- 2013-cü illərdə Şəki Apellyasiya Məhkəməsinin, 2013-2017-ci illərdə Şirvan Apellyasiya Məhkəməsinin hakimi olub. 2017-ci ildən Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində fəaliyyətini davam etdirib.