Mülki ermənilər bu kəndlərimizdən çıxdı

Mülki ermənilər bu kəndlərimizdən çıxdı
Xocalının Pirlər, Xanabad, Əsgəranın Ağbulaq, Naxçıvanlı, Xocavəndin Cütcü və Ağdərənin Canyataq kəndlərindən mülki erməni əhalisi təxliyə edilib.

"Qafqazinfo” xəbər verir ki, bu barədə qondarma rejimin "Ombudsmanı” məlumat yayıb.

Qeyd edək ki, Canyataq kəndi 1992-ci ilə qədər Ağdərəyə aid olub. Həmin ilin oktyabrın 13-dən isə Tərtər rayonunun inzibati tərkibinə daxil edilib.

Xatırladaq ki, Azərbaycan tərəfindən əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradılıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az